Portuqaliya millisinin sabiq futbolçusu saxlanılıb
Far.Az xəbər saytı

Portuqaliya millisinin sabiq futbolçusu saxlanılıb


Portuqaliya millisinin sabiq futbolçusu Ruben Semedu paytaxt Lissabonda saxlanılıb.

"Report" "Correio da Manh" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hor" klubuna məxsus olan 30 yaşlı müdafiəçi ailədaxili zoraxılıqda şübhəli bilinərək tutulub.

Oyunçu dekabrın 29-da sevgilisinə hücum edib və onu zorla bir neçə saat evdə saxlayıb. Daha sonra həmin qız xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ruben Semedu 2021-ci ildə azyaşlı qıza təcavüzdə ittiham edilib. O, 2018-ci ilin fevralında isə İspaniyadakı gecə klubunun əməkdaşını silahla hədələdikdən sonra həbs edilmişdi. Semedu girov müqabilində həbsxanadan azadlığa buraxılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Vətəndaşların DİQQƏTİNƏ: Lombardlarda rahatlıqla aldana bilərsiniz
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər