“Liverpul”un dayaq yarımmüdafiəçisi mövsümü “Betis”də davam etdirəcək
Far.Az xəbər saytı

“Liverpul”un dayaq yarımmüdafiəçisi mövsümü “Betis”də davam etdirəcək


İcarə əsasında Avstriyanın “Zaltsburq” komandasında çıxış edən “Liverpul”un ispaniyalı dayaq yarımmüdafiəçisi Stefan Bayçetiç mövsümü İspaniyanın “Real Betis” komandasında davam etdirəcək.

“Report” xəbər verir ki, bu barədə “Dave OCKOP” məlumat yayıb.

“Stefan Bayçetiç İspaniya La Liqasının “Real Betis” komandasına icarəyə gedəcək”, – nəşr qeyd edib. Bildirilib ki, futbolçu öncə Avstriyadan Mersisayda qayıdacaq, sonra Betisə yola düşəcək.

Danışıqların aparıldığını insayder Fabritsio Romano təsdiqləyib: “Real Betis” “Liverpul”dan Stefan Bayçetiçi icarəyə götürmək üçün ciddi danışıqlar aparır. Hələ tamamlanmayıb, amma irəliləyir”.

Qeyd edək ki, Bayçetiçin ötən yay icarə əsasında “qırmızı öküzlər”ə keçməsinin səbəblərindən biri də “Liverpul”un sabiq çalışdırıcısı Yürgen Kloppun köməkçisi Pep Lindersin həmin kluba baş məşqçi təyin olunması olub. Lakin niderlandlının vəzifədən kənarlaşdırılması yarımmüdafiəçinin gələcəyinə də, görünür, təsir edib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İnsayder Romano Ronaldunun PSJ-yə keçidi barədə məlumatı şərh edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər