“Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 5 minədək şəxs cəlb ediləcək
2020-2025-ci illəri əhatə edən “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 5 minədək şəxsin cəlb edilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan bu layihə özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır.
Layihə gənclər, qadınlar, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə avadanlıqlar əldə edərək əmək bazarına çıxışına imkan yaradır.
Artıq 20 min şəxs “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində aktivlərlə təmin olunaraq istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini yaradıb.
22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulan layihənin uğurlu icrasının nəticəsi olaraq bu ilin sonunadək həmin rəqəmin 25 minə çatdırılması planlaşdırılır.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













