BMT: Azərbaycanın ÜDM-inin 2025-2026-cı illərdə orta illik artımı 3 % təşkil edəcək
BMT Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 3 % səviyyəsində olacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu proqnoz təşkilatın “2025-ci il üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” (World Economic Situation and Prospects 2025) hesabatında əks olunub.
Hesabata əsasən, ölkə iqtisadiyyatı müsbət dinamika nümayiş etdirir.
“Azərbaycanda iqtisadi artım 2024-cü ildə daxili tələbatın güclənməsi və qeyri-neft sektorunun inkişafı sayəsində sürətlənib. Gözlənilir ki, Azərbaycan təbii qazına artan qlobal tələbat 2025-ci ildə ÜDM artımını dəstəkləməyə davam edəcək”, – sənəddə qeyd olunub.
BMT 2026-cı il üçün də Azərbaycanın ÜDM artımını 3 % səviyyəsində proqnozlaşdırır.
BMT-nin qiymətləndirmələrinə görə, 2024-cü ilin yekunlarına əsasən Azərbaycanın ÜDM-i 2023-cü ildəki 1,1 % artımdan sonra 4,6 % artıb.
Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci il üçün ÜDM artımını 3,5 %, 2026-cı il üçün isə 2,8 % səviyyəsində proqnozlaşdırır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













