Azərbaycan hakimləri Türkiyədə daha iki futbol oyununu idarə ediblər
Far.Az xəbər saytı

Azərbaycan hakimləri Türkiyədə daha iki futbol oyununu idarə ediblər


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan hakimləri daha iki yoxlama oyununu idarə ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat xidməti məlumat yayıb.

“Maqdeburq” və Kiyev “Dinamo”su arasında görüşdə Rauf Allahverdiyev, “Novi Pazar”la “Kanvon”un U-23 komandasının duelində isə Əkbər Əhmədov baş hakim olub.

“Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna) 3:1

Baş hakim: Rauf Allahverdiyev.

Baş hakimin köməkçiləri: Rəhman İmami, Tərlan Talıbzadə.

“Novi Pazar” (Serbiya) – “Kanvon” U-23 (Cənubi Koreya) 1:1

Baş hakim: Əkbər Əhmədov.

Baş hakimin köməkçiləri: Teymur Teymurov, Kərim Zeynalov.

Qeyd edək ki, hakimlərimizin Antalyadakı təlim-məşq toplanışı yanvarın 12-nə kimi davam edəcək.

Oxşar xəbərlər

Azərbaycan hakimləri Türkiyədə daha üç oyun idarə edəcəklər
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyunlarının təyinatları bəlli olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın futbol hakimləri Türkiyədə yoxlama oyununu idarə ediblər
 AFFA Hakimlər Komitəsinin sədri: "Referiləri futbol komandası kimi hazırlayırıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər