Azərbaycan hakimləri Türkiyədə daha üç oyun idarə edəcəklər
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycan hakimləri daha üç yoxlama oyununu idarə edəcəklər.
“Far.Az” AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 10-da “Maqdeburq” - “Dinamo” matçında Rauf Allahverdiyev, “Novi Pazar” – “Kanvon” görüşündə Əkbər Əhmədov, yanvarın 11-də isə “Hermanştadt” - “Neftçi” qarşılaşmasında Kamran Əliyev baş hakim olacaq.
10 yanvar
15:00. “Novi Pazar” (Serbiya) – “Kanvon” U-23 (Cənubi Koreya)
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Kərim Zeynalov.
16:00. “Maqdeburq” (Almaniya) – “Dinamo” (Kiyev, Ukrayna)
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Tərlan Talıbzadə.
11 yanvar
16:00. “Hermanştadt” (Rumıniya) – “Neftçi” (Fərqanə, Özbəkistan)
Hakimlər: Kamran Əliyev, Şirmamed Mamedov, Gülnurə Əkbərzadə.
Qeyd edək ki, yanvarın 8-də Rumıniyanın “Universitatya" (Kluj) və Cənubi Koreyanın “Kanvon” klubları arasında təşkil olunan yoxlama oyununun baş hakimi Əli Əliyev olub. Hakimlərin Türkiyə toplanışı yanvarın 12-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyunlarının təyinatları bəlli olub
Azərbaycanın futbol hakimləri Türkiyədə yoxlama oyununu idarə ediblər
"Neftçi" - "Qarabağ" oyununu FIFA referisi idarə edəcək
Premyer Liqa: “Qarabağ” – “Araz-Naxçıvan” oyununun hakimləri açıqlanıb
Azərbaycan Premyer Liqası: "Zirə" - "Neftçi" oyununun hakimləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













