Məzahir Pənahov: Məntəqələrə gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək
Far.Az xəbər saytı

Məzahir Pənahov: Məntəqələrə gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək


Məntəqələrə müəyyən səbəblərdən gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək.

Bunu "Far.Az"un sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, bu, Seçki Məcəlləsinin tələbidir:

"Bundan başqa, hərəkət qabiliyyəti məhdud vətəndaşlar panduslar vasitəsilə də seçki məntəqəsinə gətirilərək səsvermə prosesində iştirak edə biləcəklər".

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
MSK sədri Məzahir Pənahov Konstitusiya Məhkəməsində çıxış edib - YENİLƏNİB-2
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB - 4
Saat 19:00-a olan seçici fəallığı: 37,27 faiz seçici səsvermə hüququndan istifadə edib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər