Ankarada “Azərbaycan gecəsi” adlı konsert təşkil olunub
Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Ankarada “Azərbaycan gecəsi” adlı konsert proqramı təşkil olunub.
"Far.Az"un yerli bürosu xəbər verir ki, Ankarada Gənclik Parkının Mədəniyyət Mərkəzində baş tutan mərasimdə diplomatlar, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, orada yaşayan azərbaycanlılar iştirak ediblər.
Mərkəzin direktoru Samir Abbasov iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb, Türkiyə və Azərbaycan xalqlarının bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində tarixi yaxınlığına diqqət çəkib.
S.Abbasov ilk dəfə olaraq Antalya, İzmir, Marmaris və İstanbulda Azərbaycanın yaradıcı kollektivlərinin və incəsənət xadimlərinin iştirakı ilə Azərbaycan İncəsənəti Günü tədbirlərinin keçirildiyini söyləyib.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Serkan Erkmen son illərdə Türkiyə və Azərbaycanın 13 ortaq mədəni irs obyektinin UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına təqdim edildiyini bildirib.
Tədbirdə Mədəniyyət Mərkəzinin Azərbaycan Xalq Rəqsləri Ansamblına yeni ad - "Zəngəzur" adı verilib.
Konsert proqramı bədii hissə ilə davam edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
ADNA-da törədilən terror aktından 17 il ötür
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
-
Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib













