Qəzza razılaşmasının təfərrüatları məlum olub
İsrail və Fələstinin radikal “HƏMAS” hərəkatı Qəzzada atəşkəs razılaşması əldə etməyə yaxındırlar və bu, ilkin olaraq anklavda radikallar tərəfindən saxlanılan 33 girovun azad edilməsini nəzərdə tutur.
“Far.Az” xəbər verir ki, bu açıqlama ilə “Haaretz” qəzeti çıxış edib.
Vurğulanıb ki, ilk mərhələdə radikallar qadınları, uşaqları, 55 yaşdan yuxarı kişiləri və xəstələri azad edəcəklər. Müzakirə olunan sxemə əsasən, atəşkəsdən 16 gün sonra sövdələşmənin ikinci mərhələsi ilə bağlı müzakirələr başlayacaq və bu mərhələ çərçivəsində oğurlananların qalan hissəsi azad ediləcək.
Razılaşmanın birinci mərhələsi çərçivəsində İsrailin neçə fələstinli məhbusu azad edəcəyi barədə hələlik məlumat yoxdur. Bu barədə məlumat yayan “Kan” radiosu isə bildirib ki, İsrail tərəfi bu müddət ərzində 1300-ə yaxın məhbusu həbsxanalardan azad etməyə hazırdır.
“The Jerusalem Post”un məlumatına görə, sövdələşmənin birinci mərhələsi 42 gün davam edəcək və azad edilən fələstinli məhbusların sayı neçə israilli girovun sağ olmasından asılı olaraq dəyişəcək.
“Ynet” portalı mənbəyə istinadən xəbər verir ki, İsrail Qəzza razılaşması çərçivəsində 2024-cü ilin oktyabrında Fələstin anklavında öldürülən “HƏMAS” lideri Yəhya Sinvarın cəsədini geri qaytarmayacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İsraildə etiraz aksiyaları – hökumətə həm təzyiq, həm də dəstək - ANALİZ
"The Jerusalem Post": Qəzza ilə bağlı danışıqlar ləng gedir
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
















