Avropa çempionatı: Azərbaycan - Kosovo matçının təyinatları açıqlanıb
Far.Az xəbər saytı

Avropa çempionatı: Azərbaycan - Kosovo matçının təyinatları açıqlanıb


Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin Avropa çempionatının ilkin mərhələsində Kosovo ilə keçirəcəyi oyuna təyinatlar açıqlanıb.

"Report" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı Çexiya, Macarıstan və Belçikadan olan hakimlər idarə edəcək.

Oyunda Radim Cep (Çexiya), Adam Çzene-Joo (Macarıstan) və Jiri Berqs (Belçika) iş başında olacaq. Hakim-inspektor vəzifəsini almaniyalı Stefan Veber yerinə yetirəcək. Görüşün "timekeeper"i Laurentiu İlie (San Marino) olacaq.

Qeyd edək ki, Azərbaycan – Kosovo matçı yanvarın 25-də Serravalledəki "Multievent Sport Domus"da saat 21:00-da start götürəcək.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyunlarının təyinatları bəlli olub
Futbol üzrə San-Marino millisi tarixində ilk səfərdə qələbə qazanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər