"Arsenal"ın futbolçusu uzun müddət yaşıl meydanlardan kənar qala bilər
Far.Az xəbər saytı

"Arsenal"ın futbolçusu uzun müddət yaşıl meydanlardan kənar qala bilər


İngiltərə Kubokunun 1/32 finalında "Mançester Yunayted"lə keçirilən oyunda zədələnən "Arsenal"ın futbolçusu Qabriel Jezus uzun müddət yaşıl meydanlardan kənar qala bilər.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, sözügedən matçın ilk hissəsində zədələnən braziliyalı oyunçu meydanı xərəkdə tərk etmişdi.

"Topçular"ın məşqçilər heyəti 27 yaşlı hücumçunun dizinin ön çarpaz bağının qopmasından narahatdır. Dəqiq diaqnoz müayinədən sonra bəlli olacaq.

Qeyd edək ki, Q.Jezus bu mövsüm "Arsenal"ın heyətində 27 oyun keçirib və 7 qol vurub.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İngiltərə Premyer Liqası: “Arsenal” “Kristal Pelas”ı darmadağın edib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər