EIA Azərbaycanda 2025-ci il üçün neft hasilatı proqnozunu açıqlayıb
Far.Az xəbər saytı

EIA Azərbaycanda 2025-ci il üçün neft hasilatı proqnozunu açıqlayıb


ABŞ Enerji Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) Azərbaycanda 2025-ci ildə orta neft hasilatının gündəlik 630 min barel səviyyəsində olacağını proqnozlaşdırır ki, bu da dekabr proqnozuna uyğundur.

“Far.Az” xəbər verir ki, müvafiq göstəricilər çərşənbə axşamı EIA-nın saytında yerləşdirilib.

İdarəyə görə, 2025-ci ilin birinci rübündə neft hasilatının 610 min barel səviyyəsində olacağı gözlənilir və növbəti aylarda bu göstərici artacaq. Belə ki, ikinci rübdə hasilat 620 min barel, üçüncü və dördüncü rüblərdə isə 640 min barel təşkil edəcək.

Bundan başqa, EIA Azərbaycanda 2026-cı ildə orta neft hasilatının gündəlik 620 min barel səviyyəsində olacağını proqnozlaşdırır.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
EIA Azərbaycanda 2025-ci il üçün neft hasilatı proqnozunu yeniləyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ING Azərbaycanda 2025-2026-cı illər üçün iqtisadi artım proqnozunu açıqlayıb
ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər