EIA Azərbaycanda 2025-ci il üçün neft hasilatı proqnozunu yeniləyib
Far.Az xəbər saytı

EIA Azərbaycanda 2025-ci il üçün neft hasilatı proqnozunu yeniləyib


ABŞ Enerji Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) Azərbaycanda 2025-ci ildə gündəlik orta neft hasilatının 630 min barrel səviyyəsində olacağını proqnozlaşdırır ki, bu da oktyabr proqnozu ilə müqayisədə 10 min barrel azdır.

“Report” xəbər verir ki, müvafiq göstəricilər çərşənbə axşamı EIA-nın saytında yerləşdirilib.

İdarəyə görə, 2025-ci ilin birinci rübündə neft hasilatının 610 min barrel səviyyəsində olacağı gözlənilir və növbəti aylarda bu göstərici artacaq. Belə ki, ikinci rübdə hasilat 620 min barrel, üçüncü və dördüncü rüblərdə isə 640 min barrel təşkil edəcək.

Bundan başqa, EIA Azərbaycanda 2026-cı ildə gündəlik orta neft hasilatının 620 min barrel səviyyəsində olacağını proqnozlaşdırır.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
ING Azərbaycanda 2025-2026-cı illər üçün iqtisadi artım proqnozunu açıqlayıb
ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər