Azərbaycan AIIB ilə enerji layihələri üzrə tərəfdaşlığı müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan AIIB ilə enerji layihələri üzrə tərəfdaşlığı müzakirə edib


İqtisadiyyat nazir Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş investisiya direktoru Konstantin Limitovski ilə enerji layihələri üzrə tərəfdaşlıq məsələlərini müzakirə edib.

“Far.Az” xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“K.Limitovski ilə görüşmək xoş oldu. İnfrastruktur, enerji və nəqliyyat layihələri üzrə tərəfdaşlıq məsələlərini müzakirə etdik. Səmərəli əməkdaşlıq üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğuladıq”, - paylaşımda qeyd edilib.

Görüşdə Azərbaycanın Asiya İnfrastruktur İnvestisiya Bankı ilə fəal əməkdaşlıq etdiyi vurğulanıb. Bankın regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə dəstək olduğu və Azərbaycanda "yaşıl enerji"nin inkişafına töhfə verdiyi qeyd olunub. Bankın üzv ölkələrlə investisiya proqramlarının hazırlanmasında geniş təcrübəyə malik olduğu və əsasən infrastruktur, o cümlədən energetika, nəqliyyat, şəhərsalma, logistika, telekommunikasiya, ətraf mühit və digər sahələrin inkişafına dəstək olduğu bildirilib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər