Tramp: HƏMAS girovları tezliklə azad edəcək
Far.Az xəbər saytı

Tramp: HƏMAS girovları tezliklə azad edəcək


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan israilli girovların tezliklə azad ediləcəyini bildirib.

"Far.Az"un xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bizim Yaxın Şərqdəki girovlarla bağlı razılaşmamız var. Onlar yaxın vaxtlarda azad olunacaqlar", - paylaşımda qeyd edilib.

Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.

Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.

Oxşar xəbərlər

KİV: Qəzzada atəşkəs razılaşması əldə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
KİV: İsrail Təhlükəsizlik kabineti Qəzza razılaşmasını təsdiqləmək üçün toplanacaq
HƏMAS sağ qalan israilli girovların siyahısını hələ də təqdim etməyib
İsraildə etiraz aksiyaları – hökumətə həm təzyiq, həm də dəstək - ANALİZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər