Azərbaycandan Gürcüstana turist axını 10 %-ə yaxın artıb
Far.Az xəbər saytı

Azərbaycandan Gürcüstana turist axını 10 %-ə yaxın artıb


2024-cü ildə Azərbaycandan Gürcüstana 2023-cü illə müqayisədə 9,8 % çox - 219 356 nəfər səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyası məlumat yayıb.

Məlumata görə, ötən il ölkəyə ümumilikdə 7 368 149 beynəlxalq ziyarətçi gəlib ki, bu da əvvəlki ilə nisbətən 4,2 % çoxdur.

İl ərzində Gürcüstana ən çox səfər edənlər Rusiya (1 421 923 ziyarətçi,+ 0,2 %), Türkiyə (1 336 834 ziyarətçi, - 4,3 %), Ermənistan (948 299 ziyarətçi, - 1,5 %), İsrail (310 982 ziyarətçi,+ 43 %) və Azərbaycan vətəndaşları olub.

Hesabat dövründə Gürcüstana Mərkəzi və Şərqi Avropadan 3 312 874 nəfər, Şərqi və Aralıq dənizi Avropasından 1 653 029 nəfər, Qərbi Avropadan isə 152 900 nəfər gəlib.

Ruslan Həsənov

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər