Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir
Far.Az xəbər saytı

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir


Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 102 manatdır.

İddiaçılar təkliflərini fevralın 4-nə qədər Xidmətin yerləşdiyi Zəngilan şəhərindəki ofisə təqdim edə bilərlər.

Təkliflərə fevralın 4-ü, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Xidmətin 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı kotirovka sorğusunun qalibi "VXA-Audit" MMC olub. Qalib şirkətə 17 140 manat ödənilib.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
“Aqroservis” auditor seçir
“Azərxalça” auditor seçir
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər