"Baku Fire" iki braziliyalı futzalçı ilə anlaşıb
Far.Az xəbər saytı

"Baku Fire" iki braziliyalı futzalçı ilə anlaşıb


“Baku Fire” iki braziliyalı futzalçı ilə anlaşıb.

"Far.Az" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Paulo Henrike Alves de Souza və Henrike Suares Qimaraeş yaya qədər karyeralarını paytaxt təmsilçisində davam etdirəcəklər.

22 yaşlı futzalçılardan Paulo hücumçu, Qimaraeş isə müdafiəçidir. P.Henrike sonuncu dəfə vətənində AABB, Henrike Suares isə "ADİ İndaiatuba" klubunda çıxış edib.

Əvəzində Amadeu komandadan ayrılıb. O, Braziliyanın “Marreko” klubuna transfer olunub.

Qeyd edək ki, "Baku Fire" 8 oyundan sonra 22 xalla Yüksək Liqanın turnir cədvəlinə başçılıq edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan futzal millisinin qapıçısı: "Reallıq budur ki, “Araz-Naxçıvan” əvvəlki gücünü itirib" - MÜSAHİBƏ
“Neftçi” iki futzalçı ilə anlaşıb
“Araz-Naxçıvan” iki futzalçı ilə anlaşıb
Aleks de Souza Superliqa klubu ilə yollarını ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər