Bakının Bülbül prospektində yanğın olub
Far.Az xəbər saytı

Bakının Bülbül prospektində yanğın olub


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

FHN-dən "Far.Az"a bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 12kv.m. olan qarajda baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər qarajlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qarajın içərisinə yığılmış istifadəyə yararsız geyim və məişət əşyaları yanıb.

Yaxınlıqdakı digər qarajlar yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8
Sumqayıtda polietilen istehsalı sexində yanğın olub
Bakıda SOCAR-ın müəssisəsində yanğın tam söndürülüb - VİDEO - FOTO - YENİLƏNİB-2
Bakının "4-cü mikrorayon” dairəsi yaxınlığındakı obyektdə yanğın söndürülüb - YENİLƏNİB-3
Bakıda yanğın səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər