Qazaxıstanda 100-dən çox şəxs kriminal dairələrin maliyyələşdirilməsində şübhəli bilinərək saxlanılıb
Far.Az xəbər saytı

Qazaxıstanda 100-dən çox şəxs kriminal dairələrin maliyyələşdirilməsində şübhəli bilinərək saxlanılıb


Qazaxıstanda 118 nəfər hədə və kriminal dairələrin maliyyələşdirilməsində şübhəli bilinərək saxlanılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Departamentinin nümayəndəsi Kuandık Alpıs məlumat verib.

Onun sözlərinə görə, Qazaxıstanın DİN və Milli Təhlükəsizlik Komitəsi prokurorluq orqanlarının koordinasiyası ilə ölkənin 10 regionunda eyni vaxtda genişmiqyaslı və uzunmüddətli xüsusi əməliyyatı başa çatdırıb.

"100-dən çox axtarış tədbiri həyata keçirilib. Üç ədəd Kalaşnikov avtomatı, iki travmatik tapança, müxtəlif çaplı çoxlu sayda döyüş sursatı, 11 kq-dan çox narkotik vasitə, mobil cihazlar və "qara" sənədlər götürülüb. Əməliyyat tədbirləri davam edir", - o bildirib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər