"Sabah" futbolçusu Elvin Camalovla yollarını ayırıb
Far.Az xəbər saytı

"Sabah" futbolçusu Elvin Camalovla yollarını ayırıb


"Sabah" klubu futbolçusu Elvin Camalovla yollarını ayırıb.

"Far.Az" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçinin ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb. Camalov bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və digər əməkdaşlarla görüşərək, onlarla sağollaşıb.

Qeyd edək ki, oyunçu 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışıb. Uzun müddət komandada kapitanlıq sarğısını daşıyan futbolçu "bayquşlar"ın heyətində ümumilikdə 113 oyun keçirib.

Oxşar xəbərlər

Antuan Qrizmann kapitanlıq sarğısını ala bilmədiyi üçün Fransa millisindəki karyerasını sonlandırıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Samir Əliyev: “U-21-in baş məşqçi postundan ayrılmaqla bağlı qərarımı son iki oyundan əvvəl vermişdim” - MÜSAHİBƏ
İnkişaf üçün "yol" xəritəsi: Azərbaycan turizmin gələcəyinə necə sərmayə qoyur?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər