Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb


Goranboy rayonunda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbəsindəki yaşayış evlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbilər nəticəsində qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 800 manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Pərviz Rüstəmov saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mənzildən 35 min manat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
Bakıda 30 min manatlıq avadanlıq oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər