"Report" “Zəfər” 2024 Beynəlxalq İdman Mükafatına layiq görülüb
“Sportsman” jurnalı ötən ilin ən yaxşıları nominasiyası üzrə qalibləri mükafatlandırıb.
"Report" xəbər verir ki, tədbirdə Olimpiya, dünya və Avropa çempionlarının mükafatçıları, federasiya və klubların təmsilçiləri, eləcə də idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
“Sportsman” jurnalının baş redaktoru Rəşad Qəmərşahoğlu çıxış edərək ötən il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb. 2025-ci ildə əldə olunacaq nailiyyətlərin sayının daha çox olacağına şübhə etmədiyini bildirən R.Qəmərşahoğlu Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafında xüsusi payı olduğunu diqqətə çatdırıb.
Sonra “Sportsman" jurnalının “Zəfər” 2024 Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimi keçirilib. Ötən ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.
Mükafatlandırılanlar arasında "Report" İnformasiya Agentliyi də yer alıb. Belə ki, "Report" “İlin İnformasiya Agentliyi” nominasiyası üzrə “Zəfər” 2024 Beynəlxalq İdman Mükafatına layiq görülüb.
Bundan başqa ilin ən yaxşı qolu nominasiyasında "Qarabağ" klubunun futbolçusu Toral Bayramov mükafatlandırılıb. O, UEFA Avropa Liqasının Liqa mərhələsində "Bodo Qlimt"lə (Norveç) matçda vurduğu baxımlı qola görə təltif edilib.
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında gümüş medal qazanan Qaşım Maqomedov ilin əzmkar idmançısı seçilib.
Mərasimdə digər nominasiyalar üzrə də qaliblər müəyyənləşib, fərqlənənlərə mükafatlar və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Sportsman” jurnalının ilk sayı 2004-cü il yanvarın 31-də işıq üzü görüb. Jurnal idmanın və Olimpiya Hərəkatının təbliği ilə yanaşı, 2007-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatını təsis edib. Bu mükafat ən yüksək idman nailiyyətləri qazanan idmançılara, məşqçilərə, mütəxəssislərə, Azərbaycan idmanına dəstək olan müxtəlif qurumlara verilir.
Foto: Vüqar Xanlarov
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













