Senat Pit Heqseti Pentaqonun rəhbəri vəzifəsinə təsdiqləyib
ABŞ Senatı Pit Heqseti Pentaqonun rəhbəri vəzifəsinə təsdiqləyib.
“Report” xəbər verir ki, yuxarı palatada namizəd bərabər səs topladığı üçün ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens səsvermə hüququndan istifadə edib.
ABŞ Konstitusiyasına görə o, Konqresin yuxarı palatasına rəhbərlik edir.
44 yaşlı Heqset döyüşlərdə xidmət etmiş ABŞ hərbi veteranıdır. Quru qoşunlarında mayor rütbəsi və hərbi mükafata malikdir.
O, zabit rütbəsini doğulduğu Minnesota ştatının Milli Qvardiyasında xidmət etməklə qazanıb. Heqset səkkiz ildir ki, Fox News-da işləyir. O, həmçinin bir neçə kitab yazıb və iki veteran hüquqları təşkilatına rəhbərlik edib. Prinston və Harvard Universitetlərində təhsil alıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Tramp Pentaqonun rəhbəri vəzifəsinə teleaparıcının namizədliyini irəli sürüb
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













