Şəmkirdə yol qəzasında 5 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
DİN rəsmisi qeyd edib ki, magistral yolda "VAZ-21021 və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Şəmkirdə ağır avtomobil qəzası olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Polis əməkdaşları hadisə yerinə cəlb olunub, yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayon sakini, 26 yaşlı Xətai Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən əks zolağa daxil olub. Qarşıdan gələn Şəmkir rayon sakini, 41 yaşlı Zaur Cabbarovun idarə etdiyi “Niva” markalı avtomobillə toqquşma nəticəsində "VAZ-2106"nın sürücüsü və həmin avtomobildə olan sərnişin - Şəmkir rayon sakini 28 yaşlı Röyal Allahverdiyev, həmçinin "Niva" markalı avtomobilin sürücüsü və həmin avtomobilin sərnişini, Şəmkir rayon sakini 53 yaşlı Elşən Xudaverdiyev, eləcə də hələlik kimliyi istintaqa məlum olmaya daha bir nəfər ölüb.
"VAZ-2106"da olan digər sərnişin - 1996-cı il təvəllüdlü Elçin Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













