Bakıda 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb
Far.Az xəbər saytı

Bakıda 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb


Bakıda 41 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb.

“Far.Az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, paytaxtın Nəsimi rayonu ərazisində 2 şəxsin dələduzluq yolu ilə 41 min dollar və 5 min 720 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Polis əməkdaşları əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundovu müəyyən edərək saxlayıb.

Bundan başqa, Sumqayıda bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Dələduzluq yolu ilə hesabına 10 min manat ödətdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Vətəndaşların 74 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən üç nəfər saxlanılıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər