150-yə yaxın hakimin hazırlığının artırılması məqsədilə təlim keçirilib
Ədliyyə Nazirliyi tərəfindən hakimlərin hazırlığının artırılması məqsədilə təlimlər keçirilir.
Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin edilməsi və bu istiqamətdə hakimlərin hazırlığının təkmilləşdirilməsi məqsədilə Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin dəstəyi ilə mütəmadi təlimlər təşkil edilir.
Belə ki, 2024-cü ilin sentyabr ayından başlayaraq müxtəlif mövzularda 15 təlim təşkil olunub. Təlimlərdə ümumilikdə 150-yə yaxın hakim iştirak edib. O cümlədən əlaqəli mövzularda keçirilən təlimlərə 12 icra məmuru da cəlb edilib.
Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin və Bucerius Hüquq Məktəbinin, Estoniyanın Tallin Texnologiya Universitetinin, Fransanın Paris-Creteil Universitetinin professorlarının, eləcə də Avropa ölkələrində fəaliyyət göstərən hakimlərin təlimçi kimi iştirak etdiyi proqram çərçivəsində təlimlər iki istiqamətdə təşkil edilib.
Hakimlərin təlimçi kimi yetişdirilməsi və sonradan həmin hakimlər vasitəsilə digər hakimlərin və hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlimlərdə mülki, inzibati, cinayət hüququ və prosesi üzrə mövzular tədris edilib. Həmin hakimlərə gələcəkdə öz təlimlərində istifadə etmələri məqsədilə tədris materialları da təqdim olunub.
İkinci istiqamət üzrə daha konkret mövzularda - delikt hüququ, mülki hüquqda işin həlli, inzibati orqanların səlahiyyət çərçivələri, icra icraatı mövzularında təlimlər keçirilib.
İnteraktiv formada keçirilən təlimlər zamanı hüquqtətbiqetmə təcrübəsində qarşılaşılan problemlər, onların elmi-əsaslı həlli yolları barədə fikir mübadiləsi aparılıb, ölkəmizin hüquq sisteminə yaxın olan ölkələrin, eləcə də Almaniya, Estoniya və Fransanın təcrübələri öyrənilib.
Hakimlərin bilik və bacarıqlarının artırılması istiqamətində 2025-ci il ərzində də keçirilməsi planlaşdırılan təlimlər ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsini hədəfləyir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













