Naxçıvanda yeni elektrik sayğaclarının quraşdırılmasına başlanılıb
Far.Az xəbər saytı

Naxçıvanda yeni elektrik sayğaclarının quraşdırılmasına başlanılıb


Naxçıvan Muxtar Respublikasında yeni elektrik sayğaclarının quraşdırılmasına başlanılıb.

"Report"un yerli bürosunun məlumatına görə, muxtar respublikanın Dövlət Energetika Xidmətinin funksiyalarının "Azərenerji" və "Azərişıq" ASC-lərə ötürülməsi istiqamətində işlər davam etdirilir.

Cəmiyyətlərin balans məhsubiyyətləri sərhədlərində olacaq elektrik stansiyalarından, transformator yarımstansiyalarından və sistemtəşkiledici elektrik verilişi xətlərindən keçən elektrik enerjisinə real vaxtda alına biləcək ölçülər əsasında fasiləsiz nəzarət etmək üçün məsafədən oxunan, nəzərdə tutulan “SCADA” sisteminə birləşdirilməyə texniki imkanı olan yeni elektrik sayğaclarının Naxçıvanda quraşdırılmasına başlanılıb.

Yaxın zamanlarda cəmiyyətlərin “Baş İdarəetmə Mərkəzi”ni yaratmaq, onların fəaliyyətini müasir texnoloji platforma əsasında həyata keçirmək və avtomatlaşdırılmış dispetçer idarəetməsini reallaşdırmaq, enerjisistemin avtomatik idarəedilməsinin, idxal-ixrac proseslərinin, tənzimləmələrin həyata keçirilməsi və əməliyyatların insan müdaxiləsi olmadan məsafədən aparılması nəzərdə tutulur.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Kəlbəcərdə “Zar” KSES-in və SCADA sistemi vasitəsilə Göygöldə “Toğanalı” KSES-in açılışını edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər