Cəlilabadda ev yanaraq külə dönüb
Far.Az xəbər saytı

Cəlilabadda ev yanaraq külə dönüb


Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

"Far.Az"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Məzahir İmanova məxsus birmərtəbəli yaşayış evi anidən alovlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvələri cəlb olunub. Lakin 63 kvadratmetrlik ikiotaqlı ev tamamilə yanaraq kül olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sabirabadda ev yanaraq külə dönüb, xəsarət alan var - YENİLƏNİB
Kürdəmirdə hərəkətdə olan avtomobil yanaraq külə dönüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İmişlidə yanğın olub, yüzdən çox ev quşu tələf olub - YENİLƏNİB
Məşhur aktyorun villası yanıb kül oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər