Kürdəmirdə hərəkətdə olan avtomobil yanaraq külə dönüb
Far.Az xəbər saytı

Kürdəmirdə hərəkətdə olan avtomobil yanaraq külə dönüb


Kürdəmir rayonunda hərəkətdə olan avtomobil yanıb.

“Far.Az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü Tovuz rayon sakini Paşayev İlkin İlqar oğlu özünə məxsus “FORD” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən avtomobildə anidən yanğın baş verib və nəqliyyat vasitəsi yanaraq külə dönüb.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

Yanğının avtomobilin elektrik sistemində olan nasazlıqdan baş verdiyi bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
TƏBİB: Kürdəmirdə ağır yol qəzasında altı nəfər xəsarət alıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər