Azərbaycanda beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtləri sadələşdirilib
Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılışı qaydalarında dəyişiklik edib.
“Far.Az” xəbər verir ki, bununla bağlı AMB-nin İdarə Heyəti 18 oktyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş *“Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası"nda dəyişikliklər edib.
Dəyişikliklərə əsasən, beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtləri sadələşdirilib. Artıq buraxılışda yalnız maksimum məbləğ əks olunacaq. Əvvəllər isə qiymətli kağızların tədavül müddəti, nominal dəyəri, sayı və ümumi məbləğ də qeyd olunurdu.
Bununla yanaşı, geri satınalma qiymətinin müəyyən edilməsi qaydası əlavə edilib. Əgər geri satınalma qiyməti buraxılış zamanı müəyyən edilmiş satış qiymətinə bərabər deyilsə, onun hesablanma qaydası buraxılış şərtlərində öz əksini tapmalıdır.
Beynəlxalq təşkilatın qiymətli kağızlarının ödənilməsi üçün açdığı müvəqqəti cari hesab, eləcə də klirinq təşkilatının adı və ünvanı ilə bağlı məlumatların təqdim edilməsi tələbi ləğv edilib. Həmçinin buraxılış şərtlərində göstərilən say məhdudiyyəti aradan qaldırılıb. Beləliklə beynəlxalq təşkilat tərəfindən yerləşdirilən qiymətli kağızların sayı əvvəlcədən müəyyən edilmiş saydan çox olmamalıdır tələbi qüvvədən düşüb.
Digər dəyişikliyə görə, qiymətli kağızların dəyəri yalnız pulla ödəniləcək. İnvestorlar tərəfindən ödənilən məbləğ birbaşa beynəlxalq təşkilatın Azərbaycandakı bank hesabına köçürüləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













