ÜST-ə mpoxla mübarizəyə altı ayda 135 milyon dollar lazımdır
Meymunçiçəyi (mpox) ilə mübarizə altı ay ərzində 135 milyon dollar maliyyə tələb edəcək.
“Far.Az” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib.
Cenevrədə diplomatik brifinqdə çıxış edən o, mpox xəstəliyinin yayılmasına qarşı hərtərəfli və əlaqələndirilmiş beynəlxalq reaksiyaya ehtiyac olduğunu bildirib.
“Bu işi maliyyələşdirmək və epidemiyanı mümkün qədər tez dayandırmaq üçün ilkin hesablamalarımız belədir ki, strateji hazırlıq və cavab tədbirləri planı növbəti altı ay ərzində epidemiyanın kəskin mərhələsi üçün təxminən 135 milyon dollar tələb edəcək. Artan ehtiyaclar fonunda bu məbləğin yüksələcəyi ehtimal edilir”.
Onun sözlərinə görə, ÜST 2024-cü ildə mpox ilə mübarizə üçün fövqəladə ehtiyat fondundan təxminən 1,5 milyon dollar ayırıb və yaxın günlərdə donor maliyyəsi gələnə qədər bu məqsədlə daha çox vəsait ayırmağı planlaşdırır.
Oxşar xəbərlər
Meymunçiçəyi virusu nədir, necə yayılır, COVID kimi pandemiyaya səbəb ola bilərmi?
Bu il meymunçiçəyi virusundan 575 nəfər ölüb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
ÜST Azərbaycana meymunçiçəyi ilə mübarizədə əsas tövsiyələrini açıqlayıb
Ermənistan gəmiricilərin və primatların ölkəyə gətirilməsini və tranzitini qadağan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ













