İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
Far.Az xəbər saytı

İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb


İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirib.

Onun sözlərinə görə, zərbə nəticəsində İsrailin Suriyanın cənubunda yerləşən qüvvələrinə hücum planları hazırlayan Yusif Əli əl-Həsun öldürülüb.

İsrail ordusu Həsunun "Hizbullah" hərəkatı ilə əlaqəli olduğunu və İranın göstərişləri əsasında fəaliyyət göstərdiyini iddia edib.

Bəyanata əsasən, o, İsrailin hərbi obyektlərinə hücum etmək üçün partlayıcılarla təchiz edilmiş pilotsuz uçuş aparatlarından istifadə etməyi planlaşdırıb.

Oxşar xəbərlər

AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Azərbaycanın bu bölgəsinə 150 sm QAR YAĞIB
Türkiyədə məzun olan Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib
İsrail-Livan atəşkəsi: kim nə qazanıb? - TƏHLİL
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər