Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək
Far.Az xəbər saytı

Belçikanın ticarət missiyası Azərbaycana səfər edəcək


Fevralın 16-19-da Belçikanın ticarət missiyasının Azərbaycana səfəri planlaşdırılıb.

“Report” xəbər verir ki, bu barədə Belçika-Azərbaycan Ticarət Palatasının ("Belgazercom") Direktorlar Şurasının sədri Stef Qoris sosial şəbəkə hesablarında yazıb.

O qeyd edib ki, 2024-cü il dekabrın 11-də yaradılan təşkilatın təxminən 20 belçikalı və 3 azərbaycanlı üzvü var. Palata 4 belçikalı iş adamından ibarət Direktorlar Şurası tərəfindən idarə olunur.

"Bizim ilk tədbirimiz “Belgazercom”un Direktorlar Şurasının fevralın 16-da Azərbaycana səfəri olacaq. Səfər fevralın 19-dək davam edəcək", - sədr yazıb.

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan müəssisələri ilə B2B görüşləri təşkil olunacaq və maraq göstərən bütün Belçika şirkətləri bu ticarət missiyasına qoşula bilər.

Bakıya səfər zamanı “Belgazercom”un Direktorlar Şurası Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi ilə görüşlər keçirəcək.

Bundan başqa, Belçikanın Azərbaycandakı səfirliyində iştirakçı şirkətlərin konkret biznes maraqları və imkanlarına həsr olunmuş müzakirələr aparılacaq.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər