“Meta” iranlı hakerlərin ABŞ rəsmilərinin hesablarını sındırmaq istədiklərini bəyan edib
“Meta Korporasiyası” iranlı haker qrupunun ABŞ prezidenti Cozef Bayden və eks-prezident Donald Tramp administrasiyası ilə əlaqəli olan amerikalı məmurların vatsap hesabını sındırmaq cəhdlərinin izlərini müəyyən edib.
“Report” xəbər verir ki, müvafiq məlumat şirkətin saytında dərc olunub.
“İstifadəçi sorğularını nəzərdən keçirdikdən sonra təhlükəsizlik qruplarımız özlərini texnologiya şirkətlərinin dəstək nümayəndələri kimi təqdim edən kiçik bir qrup insanın vatsapını bloklayıblar.
Araşdırma zamanı, siyasətçiləri və diplomatları hədəf alaraq internetdə fişinqlə məşğul olan İranın APT24 haker qrupu ilə əlaqə yaradılıb. Haker hücumu İsrail, Fələstin, İran, ABŞ və İngiltərədəki şəxsləri hədəf alıb. Hücuma məruz qalan hesablar sındırılmayıb”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun iclası keçirilib
2024-cü ilin ən bahalı texnologiya şirkəti məlum olub
Fələstin hakimiyyəti İsrail və HƏMAS arasında danışıqlarda iştirakdan imtina edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb













