Hesablama Palatasının 2024-cü il büdcəsinin icra vəziyyəti açıqlanıb
Hesablama Palatasının 2024-cü il üzrə büdcəsinin icra səviyyəsi 80,5 % təşkil edib.
Bu barədə “Report” Hesablama Palatasının hesabatına istinadən xəbər verir.
Bildirilir ki, Palatanın ötən il üçün təsdiq edilmiş büdcəsi 11 milyon 424,6 min manat olub. Lakin icra prosesi və yenidən baxılma zamanı müəyyən dəyişikliklər edilib.
"Dövlət büdcəsinə yenidən baxılarkən, Hesablama Palatasının xərclərinin ümumi məbləği daxilində bəzi istiqamətlər üzrə vəsait azaldılıb, digərlərinə isə artırılıb. Xüsusilə, “Azəristiliktəchizat” ASC ilə müqavilənin ləğvi səbəbindən istilik enerjisi (yanacaq) xərcləri azaldılıb. Eyni zamanda, beynəlxalq tədbirlərdə iştirak və COP29 iqlim konfransı ilə bağlı fəaliyyətlər üçün xarici ezamiyyə xərcləri artırılıb.
Büdcənin icrası çərçivəsində “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, vəfat etmiş işçinin vərəsələrinə müavinət ödənilməsi üçün 12,7 min manat ayrılıb. Ümumilikdə, il ərzində büdcəyə edilmiş dəyişikliklərin həcmi 52,7 min manat təşkil edib ki, bu da təsdiq edilmiş büdcənin 0,5 %-dən azdır", - hesabatda deyilir.
Hesablama Palatasına dövlət büdcəsindən əlavə vəsait də ayrılıb. İki beynəlxalq tədbir üçün 159 min manat, nəqliyyat vasitələrinin icbari sığortası üçün isə 2,7 min manat vəsait ayrılıb.
Beləliklə, 2024-cü il üçün nəzərdə tutulan 11 milyon 586,3 min manatlıq büdcənin 9 milyon 332,3 min manatı icra edilib ki, bu da ümumi büdcənin 80,5 %-ni təşkil edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













