Azərbaycanın BMT yanında yeni təyin olunmuş daimi nümayəndəsi etimadnaməsini Quterreşə təqdim edib
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında yeni təyin olunmuş daimi nümayəndəsi Tofiq Musayev etimadnaməsini BMT Baş katibi Antonio Quterreşə təqdim edib.
“Report”un ABŞ bürosu xəbər verir ki, görüş BMT-nin Nyu-Yorkdakı əsas qərargah binasında baş tutub.
Görüş zamanı səfir Tofiq Musayev Azərbaycana son səfərlərinə və Bakıda İqlim Sammitinin uğur qazanmasında əvəzsiz roluna görə Baş katibə təşəkkürünü bildirib. Daimi nümayəndə Azərbaycanın dünya təşkilatına davamlı dəstəyini və təşkilatın məqsəd və prinsiplərinə uzunmüddətli sadiqliyini vurğulayıb.
O həmçinin Azərbaycanın sülh və ədalətin təşviqinə, beynəlxalq hüququn möhkəmləndirilməsinə, çoxtərəflilik prinsipinin təbliğinə və dayanıqlı inkişaf gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verməyə davam etmək əzmini vurğulayıb.
A. Quterreş, öz növbəsində, BMT ilə səmərəli əməkdaşlığa görə Azərbaycana təşəkkür edib: “Xoş gəlmisiniz və biz ümid edirik, Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatı arasında təsirli əlaqələri daha da gücləndirəcəyik. Mən COP29-da iştirak etməkdən çox məmnun oldum və əldə edilən nəticələrə görə Azərbaycanı və COP29 sədrliyini ürəkdən təbrik edirəm. Eyni zamanda, mənim keçmişdə Azərbaycanda məcburi köçkünlərin problemləri ilə məşğul olan hökumətinizlə sıx əməkdaşlıq etmək imkanım olub. Beləliklə, sizin ölkəniz mənim üçün BMT-nin sütunları ilə çox vacib tərəfdaşlıq təmsil edən bir ölkədir. Buna görə də xahiş edirəm, Prezident İlham Əliyevə mənim ən səmimi salamlarımı çatdırasınız".
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Salyanda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alanlar var
-
Lənkəranda zibilxanada yanmış cəsədlər tapıldı
-
İslamiada: Azərbaycan idmançıları iki bürünc medal qazandılar
-
Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
-
Azərbaycan - Fransa: Millimiz 1:3 hesabı ilə məğlub oldu
-
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? - Bahalı səfər, artıq xərc













