Bu rayonlarda torpaqlar ucuz qiymətə satılır - SİYAHI
Far.Az xəbər saytı

Bu rayonlarda torpaqlar ucuz qiymətə satılır - SİYAHI


Əmlak Məsələləri Dövlət Xidməti 10 dekabr 2025-ci ildə ölkənin bir sıra rayon və şəhərlər üzrə bələdiyyə torpaqlarının müsabiqə və hərracını keçirəcək.

BAKU.WS-in əldə etdiyi məlumata görə, hərraclarda vətəndaşlar və sahibkarlar iştirak edə bilər. Hərraclar və müsabiqələr müxtəlif bölgələri əhatə edir, torpaq sahələri həm satış, həm də icarə (15–20 illik müddətə) formalarında təklif olunur.

Bu dəfəki torpaq hərraclarının məqsədi sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların səmərəli istifadəsi və bölgələrdə yeni investisiya təşəbbüslərinə şərait yaratmaqdır.

Ən iri torpaq sahəsi Ağstafa rayonunun Qırılı bələdiyyəsi ərazisində 68,8 hektarlıq örüş torpağıdır. Həmin sahə 15 illik icarəyə verilir və əsas təyinatı heyvandarlıq fəaliyyəti üçün nəzərdə tutulub.

Ən yüksək satış qiyməti isə Sumqayıt şəhərində yerləşən 1051 kvadratmetrlik sahə üçün müəyyən edilib - ilkin qiymət 47 295 manatdır.

Torpaq müsabiqə və hərraclarının siyahısı

Yer və Bələdiyyə Növü Sahə Təyinat Status İlkin qiymət / icarə haqqı (AZN) Müddət
1 Sumqayıt şəhəri, Sumqayıt Bələdiyyəsi Müsabiqə 1051 kv.m Sahibkarlıq Satılır 47 295 -
2 Abşeron r., Qobu Bələdiyyəsi Hərrac 5000 kv.m Heyvandarlıq Satılır 25 000 -
3 Abşeron r., Qobu Bələdiyyəsi Hərrac 4882 kv.m Heyvandarlıq Satılır 24 410 -
4 Lənkəran r., Göyşaban Bələdiyyəsi Hərrac 1 ha K/t məhsulları istehsalı İcarə 270 (illik) 20 il
5 Zərdab r., Bıçaqçı Bələdiyyəsi Hərrac 4,67 ha K/t məhsulları istehsalı İcarə 653,8 (illik) 15 il
6 Qazax şəhəri, Qazax Bələdiyyəsi Hərrac 800 kv.m Fərdi yaşayış evi Satılır 11 000 -
7 Qazax r., Xanlıqlar Bələdiyyəsi Hərrac 5 ha K/t məhsulları istehsalı İcarə 500 (illik) 15 il
8 Ağstafa r., Qırılı Bələdiyyəsi Hərrac 68,8 ha Heyvandarlıq İcarə 3 440 (illik) 15 il
9 Ağstafa r., Sadıqlı Bələdiyyəsi Hərrac 400 kv.m Sahibkarlıq Satılır 5 000 -
10 Şabran r., Pirəbədil Bələdiyyəsi Hərrac 700 kv.m Fərdi yaşayış evi Satılır 3 500 -
11 İmişli r., Yalavac Bələdiyyəsi Hərrac 363 kv.m Sahibkarlıq Satılır 5 445 -
12 Balakən r., Şərif Bələdiyyəsi Hərrac 1,115 ha K/t məhsulları istehsalı İcarə 223 (illik) 15 il

Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlər üçün YENİ XƏBƏR
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Torpaq sahələri ucuz qiymətə satışa çıxarıldı - MƏBLƏĞLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər