Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin üzvləri ilə görüş keçirilib
Futzal üzrə Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirak edən və yer aldığı B qrupunun qalibi olan Azərbaycanın U-19 millisinin üzvləri ilə görüş keçirilib.
"Report" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun vitse-prezidenti Elşən Abasov komanda üzvlərini qazanılan uğur münasibəti ilə rəhbərlik adından təbrik edib, əsas mərhələdə də inamlı oynamağın vacibliyini bildirib və bunun üçün komandaya lazımi şəraitin yaradılacağını vurğulayıb.
Avropa çempionatının əsas mərhələsində keçirilən Azərbaycan – Yunanıstan oyunundan əvvəl baş tutan görüşün sonunda U-19-un üzvlərinə diplomlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina, Xorvatiya və Türkiyə yığmaları ilə qarşılaşacaq. Oyunlar martın 25-30-u aralığında Xorvatiyada təşkil olunacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













