Naxçıvanda sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib
İlham Əliyev Olimpiya İdman Kompleksində yeniyetmələr arasında (2010-2012) "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, ölkə birinciliyinə seçim xarakteri daşıyan yarışa Naxçıvan şəhəri və bölgələrdən ümumilikdə 81 idmançı qatılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə baş tutan birincilikdə 10 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
İlk üç yerin sahibinə diplom və medallar təqdim olunub. Gənclər və İdman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində iştirak edib.
Yarışda ədalətli idarəçiliyin təmin olunması məqsədilə AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev də iştirak edib. Beynəlxalq dərəcəli hakim Əli Babayev yarışın hakimlərindən biri kimi təmsil olunub.
Yarışın nəticələrinə əsasən Hüseyn Əliyev (85 kq), Üzeyir Məmmədli (75 kq), Mətin Cabbarlı (68 kq), Polad Əhmədov (62 kq), Eltun Abuzərli (57 kq), Ramal Rüstəmov (52 kq), Tural Mirzəyev (48 kq), Məcnun Abbasov (44 kq), Əsəd Abidinov (41 kq) və Elşad Əliyev (38 kq) qızıl medala sahib çıxıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Naxçıvanda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş cüdo yarışı keçirilib
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













