Ukraynanın PUA zərbələri nəticəsində Rostovdakı neft bazasında altı gündür davam edən yanğın evlərə keçib - VİDEO
Far.Az xəbər saytı

Ukraynanın PUA zərbələri nəticəsində Rostovdakı neft bazasında altı gündür davam edən yanğın evlərə keçib - VİDEO


Ukraynanın PUA zərbələri nəticəsində Rusiyanın Rostov vilayətində neft bazasında altı gündür davam edən yanğın genişlənərək evlərə keçib.

APA xəbər verir ki, vilayətin Proletarski şəhərində neft bazasında yanğını lokallaşdırmaq mümkün olmayıb, alov bazadan kənara yayılıb.

Yanğın əvvəlcə quru ot sahəsinə, daha sonra yaşayış məntəqəsinə keçib.

Yerli sakinlər xəbər verir ki, Çapayev küçəsini alov bürüyüb, artıq altı ev yanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğının söndürülməsində 40 nəfərlik şəxsi heyət və 12 texnika iştirak edir.

Qeyd edək ki, Ukraynanın avqustun 18-də həyata keçirdiyi dron zərbələri nəticəsində Proletarski şəhərindəki neft bazasında yanğın başlayıb. Yanğınsöndürənlər altı gündür alovun qarşısını ala bilmirlər.

Yanğın baş verəndən sonra Ukrayna yenidən bazaya dronla hücum edib. Hücum zamanı xəsarət alan olmayıb.

Oxşar xəbərlər

Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Volqoqradda terrorçuların koloniyada bir neçə nəfəri girov götürməsi zamanı PX-nin dörd əməkdaşı həlak olub - YENİLƏNİB-4 - VİDEO
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib
KİV: Volqoqradda koloniyanın 3 əməkdaşını qətlə yetirən terrorçular məhv edilib, girovlar azad olunub - YENİLƏNİB-3 - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər