Ötən ay hərbi sahədə vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri azalıb
Ötən ay hərbi sahədə qeydə alınan vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 77,8% azalıb.
"Report"un məlumatına görə, bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev mətbuata açıqlamasında deyib.
O bildirib ki, həmin müddətdə Hərbi Prokurorluqda qeydə alınmış cinayətlər 100 faizi açılıb:
"Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində 2025-ci ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrində əmri icra etməmə, fərarilik, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma, maşınları idarəetmə və istismar qaydalarını pozma , qəsdən sağlamlığa ağır zərər vurma və qəsdən adam öldürmə cinayətləri qeydə alınmayıb".
Firad Əliyevin sözlərinə görə, görülən qabaqlayıcı tədbirlərin nəticəsində Silahlı Qüvvələrdə 2024-cü ilin eyni ayı ilə müqayisədə, 2025-ci ilin yanvar ayında qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 77,8%, rüşvət alma və rüşvət vermə cinayətləri isə 31,6% azalıb.
Oxşar xəbərlər
Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!













