Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsinə 2 minə yaxın yeni müraciət olub
İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ayırdığı yeni limitlər üzrə 2 minə yaxın müraciət olub.
"Far.Az" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 6 fevral saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 7 fevral saat 10:00-dan başlanılıb.
Vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət () portalına inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilib.
Həm adi, həm də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə verilməsi nəticəsində bu kreditlərə əhali arasında yüksək tələb formalaşıb.
Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka kreditləri üzrə 1337 müraciət, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb.
Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və bundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycanda bankların daxili ipoteka kreditləri üzrə standartlar sərtləşib, tələb azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Şahin Mustafayev: "Sea Breeze" kurortu ötən yay 100 mindən çox insanı qəbul edib"
-
Uşaq qidası ilə bağlı yayılan görüntülər təsdiqini tapmayıb - RƏSMİ AÇIQLAMA
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb













