Abşeron Milli Parkının ildönümünə həsr olunmuş "20 ilin dəyəri" adlı tədbir keçirilib
Far.Az xəbər saytı

Abşeron Milli Parkının ildönümünə həsr olunmuş "20 ilin dəyəri" adlı tədbir keçirilib


Abşeron Milli Parkının 20 illiyinə həsr olunan "20 ilin dəyəri" adlı tədbir keçirilib.

“Far.Az” xəbər verir ki, ekoloqların, zoologiya və coğrafiya sahəsi üzrə alim-mütəxəssislərin, Abşeron Milli Parkının fəaliyyətinə töhfə vermiş tərəfdaş subyektlərin iştirakı ilə keçirilən toplantıda parkın bioloji müxtəlifliyinin əsas elementləri, yerləşdiyi ərazinin coğrafi xüsusiyyətləri barədə çıxışlar edilib, Abşeron yarımadasında belə bir qorunan təbiət ərazinin mövcudluğunun əhəmiyyəti vurğulanıb.

Tədbir iştirakçıları təşkil olunmuş rəsm və instalyasiya nümunələrinin sərgisinə baxış keçirib, Abşeron Milli Parkının "20 ilin dəyəri" adlı stendinin təqdimatı ilə tanış olublar.

Sonda tələbələr arasında təşkil olunmuş viktorinanın qalibləri mükafatlandırılıb, Abşeron Milli Parkının fəaliyyərinə töhfə verən tərəfdaşlara xatirə diplomu təqdim olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azad edilmiş ərazilərdə yeni milli parkın yaradılması nəzərdən keçirilir
Mehriban Əliyevanın doğum günüdür
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər