Mask “TikTok”ı almaqda maraqlı olmadığını bildirib
Far.Az xəbər saytı

Mask “TikTok”ı almaqda maraqlı olmadığını bildirib


ABŞ hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri olan milyarder İlon Mask “TikTok” sosial şəbəkəsini almaqda maraqlı olması ilə bağlı şayiələri təkzib edib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

"Mən “TikTok”u almaq üçün heç bir təklif etməmişəm", - Mask Almaniyada “Axel Springer” media konqlomeratının rəhbəri Matthias Döpfner tərəfindən təşkil edilən konfransda çıxışında deyib. Bu, onun mümkün razılaşma ilə bağlı ilk şərhi idi.

“TikTok"a sahib olsaydım, nə edəcəyimlə bağlı heç bir planım olmazdı”, - iş adamı vurğulayıb. O bildirib ki, “TikTok”u əldə etməyə həvəsli deyil. Mask şirkətləri sıfırdan qurmağa üstünlük verdiyini qeyd edib.

İş adamı həmçinin bildirib ki, o, “TikTok”dan istifadə etmir.

Oxşar xəbərlər

Mask “TikTok” almaqda maraqlı olmadığını bildirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər