TBMM-də 78 nəfərin ölümü ilə bağlı yaradılan komissiyanın üzvləri gələn həftə seçiləcək
Far.Az xəbər saytı

TBMM-də 78 nəfərin ölümü ilə bağlı yaradılan komissiyanın üzvləri gələn həftə seçiləcək


Türkiyə Böyük Millət Məclisinin nəzdində Kartalkaya dağ-xizək kurortunda 78 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Anka” xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, komissiyada parlamentdə təmsil olunan partiyalardan 22 deputat təsmil olunacaq.

Məlumata görə, komissiya gələn həftə keçiriləcək səsvermə zamanı deputatların seçilməsi yolu ilə formalaşacaq və üç ay fəaliyyət göstərəcək. Parlamentarilər hadisə yerində araşdırma və yoxlama apara biləcəklər.

Bundan əlavə, araşdırma ilə bağlı məlumat vermək üçün nazirlik və idarələrin nümayəndələrinin, rəhbərlərinin parlamentə dəvət ediləcəyi gözlənilir. Komissiyanın mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyu da parlamentə çağıracağı gözlənilir. Çünki məhz onun rəhbərlik etdiyi nazirlik turizm obyektlərinin fəaliyyətinə cavabdehdir.

Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş daha əvvəl jurnalistlərə bildirib ki, deputatların araşdırmaları faciənin səbəblərini aydınlaşdırmağa kömək edəcək və prokurorluq tərəfindən aparılan yanğının təhqiqatına mühüm töhfə verəcək. O, həmçinin fövqəladə vəziyyətə görə məsuliyyət daşıyanların hamısının qanun qarşısında cavab verəcəyini bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident Şahdağ Turizm Kompleksindəki “Lakeside” hotelində aparılan işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər