XİN: İran ABŞ ilə təzyiq altında danışıqlar aparmaq niyyətində deyil
Far.Az xəbər saytı

XİN: İran ABŞ ilə təzyiq altında danışıqlar aparmaq niyyətində deyil


İran iqtidarı ABŞ-nin təzyiqi şəraitində Vaşinqton ilə Tehranın nüvə proqramı məsələsi üzrə danışıqlar aparmağı məqsədəuyğun hesab etmir.

“Far.Az” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın XİN başçısı Abbas Əraqçi bildirib.

“Zəif mövqedən danışıqlar əsl danışıqlar deyil. Bu, təslim olmaqdır. Biz heç vaxt belə şəraitdə danışıqlar aparmayacağıq”, – nazir deyib.

O əlavə edib ki, Tehran heç vaxt dialoqdan imtina etməyib, lakin ABŞ-nin İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ilə bağlı hərəkətləri göstərib ki, Vaşinqtona etibar etmək olmaz. O izah edib ki, İran eyni zamanda dialoq apararkən yeni sanksiyalar tətbiq edən ölkə ilə danışıqlara getməyəcək.

Əraqçi qeyd edib ki, sanksiyalar İran iqtisadiyyatının inkişafında əsas maneədir və Tehran məhdudiyyətlərin ləğvi üçün beynəlxalq tərəfdaşlarla dialoq və ölkənin daxili potensialının inkişafı yolu ilə onlarla mübarizə aparacaq.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla sövdələşməyə hazır olduğunu açıqlamışdı.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər