Taleh Kazımov: "Azərbaycanda maliyyə alətləri şaxələndiriləcək"
Far.Az xəbər saytı

Taleh Kazımov: "Azərbaycanda maliyyə alətləri şaxələndiriləcək"


Bu il Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə alətlərinin şaxələndirilməsi istiqamətində tədbirlər görəcək.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının (World Development Report -- WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

Bundan başqa, onun sözlərinə görə, il ərzində dayanıqlı maliyyə alətlərinin sayının artırılması, pul siyasəti mexanizminin möhkəmləndirilməsi istiqamətində işlər həyata keçiriləcək.

"Uzunmüddətli perspektivdə bu tədbirlərin həyata keçirilməsi innovativ sahibkarlıq ekosisteminin yaradılması üçün çox böyük əhəmiyyət kəsb edir. AMB-nin əsas rolu makroiqtisadi sabitliyi və maliyyə dayanıqlılığının təmin edilməsidir ki, bu istiqamətində də işlər davam etdiriləcək", - deyə sədr əlavə edib.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - VİDEO - YENİLƏNİB
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər