"Google" əməkdaşı məktəblilərimizə master klass keçdi
Far.Az xəbər saytı

"Google" əməkdaşı məktəblilərimizə master klass keçdi


Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır

Təhsil İnsititutunun təşəbbüsü və "Azercell Telecom" MMC-nin dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və "Google" Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.

Ümumilikdə 6 gün davam edən təlim boyunca məktəblilər beynəlxalq olimpiada formatında keçirilən yarışlara qoşulub, məsələlərin ətraflı izahı və yeni mövzuların müzakirəsi yer alan sessiyalarda iştirak ediblər.

Beynəlxalq İnformatika Olimpiadasına (IOI) hazırlaşan iki məktəblimiz 27 yanvar – 4 fevral 2025 il tarixlərlərində Serbiyada təşkil edilən düşərgədə də iştirak ediblər.

Xatırladaq ki, 2017-ci ildən etibarən “Azercell Telekom”un Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddətdə gənclərimiz mütəmadi ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının bugünədək qazandığı ümumi medal sayı 84-ə çatıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər ölkəmizə daha 3 medal qazandırıb - FOTO
Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər daha 3 medal qazanıb
Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər