Novak: "Rusiya və Azərbaycan Ukrayna vasitəsilə Avropaya qaz tədarükü barədə danışıqlar aparmır"
Far.Az xəbər saytı

Novak: "Rusiya və Azərbaycan Ukrayna vasitəsilə Avropaya qaz tədarükü barədə danışıqlar aparmır"


Rusiya və Azərbaycan Ukraynanın qaz nəqliyyat sistemi vasitəsilə Avropaya svop qaz tədarükü ilə bağlı danışıqlar aparmır.

“Far.Az” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib.

"Xeyr. Hələ ki, xeyr", - o, belə danışıqların mövcudluğu barədə suala cavab verib.

2025-ci ildə "Qazprom" və "Naftoqaz Ukrayna" arasında Avropaya qaz tranziti üzrə uzunmüddətli müqavilə başa çatıb. Ukrayna sazişi uzatmaqdan imtina edib. Nəticədə Avstriya və Slovakiya üçün nəzərdə tutulan ildə 15 milyard kubmetr həcmində Rusiya qazının tədarükü dayandırılıb.

Avstriya tranzitin davam etdirilməsinin çətinliyini nəzərə alaraq "Qazprom" ilə müqaviləni ləğv etmək qərarına gəlib.

Slovakiya və Macarıstan isə əksinə, Rusiya qazının tədarükünün saxlanılmasında maraqlıdır. Mübahisəli vəziyyətin mümkün həll yollarından biri kimi Ukrayna ilə yeni tranzit sazişinin bağlanması üçün digər ölkələrdən vasitəçilərin cəlb edilməsi nəzərdən keçirilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Volodimir Zelenski: "Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsini uzatmaqdan imtina edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər